Azərbaycan millisi 11-ci pillədə
Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə mövqeyini qoruyan Azərbaycan seçməsi 11-ci pillədə qərarlaşıb. Millimizin aktivində 1395 xal var.
Dünya çempionatının pley-off mərhələsində komandamıza rəqib olan Hollandiya isə 23-cü yerdə qərarlaşıb.
İlk "10-luq" isə belədir:
1. İspaniya - 1948
2. Braziliya - 1919
3. Rusiya - 1740
4. İtaliya - 1656
5. Argentina - 1620
6. İran - 1613
7. Portuqaliya - 1550
8. Ukrayna - 1484
9. Qazaxıstan - 1441
10. Yaponiya - 1430