Azərbaycan millisi Bosniya-Herseqovina ilə qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Sarayevo şəhərində hazırlıq keçir.
Yığmamız toplanış çərçivəsində Bosniya və Herseqovina yığması ilə iki yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Yığmamızın heyətində 20 futbolçu məşqlərə cəlb edilib: Əliyev Asəf, Abdullazadə Səbuhi, Abdullazadə Rüfət (hamısı “Sumqayıt”), Arazlı Ayxan, Vəlizadə Turan (hər ikisi “Qarabağ”), Abbasov Abbas, Tahirov Mehdi, Əbiyev İlkin, Bağırov Murad, Əsgərov Vüsal (hamısı “Neftçi”), Omarov Sərcan, Əliyev Cavid, Nuriyev Ceyhun (hamısı “İnter”), Məmmədov Murad (“Vətən”), Muradov Xəyal, Rəhimli Cavidan, Məhərrəmov Məhəmməd, Mürsəlov Əli, Qurbanov Samir (hamısı “Qəbələ”), İbrahimov Elnur (“Spartak-2”, Rusiya).