Azərbaycan millisi Macarıstana uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə ikinci oyununa çıxıb

Sportline.az xəbər verir ki, budəfəki rəqib Macarıstan komandası idi. Matç 18:30-da başlanıb və 3:1 hesabı ilə macarların qələbəsilə yekunlaşıb.

Seçməmiz ilk görüşdə Serbiya kollektivinə 1:2 hesabı ilə məğlub olub.

18:30 Macarıstan U-19 - Azərbaycan U-19 3:1