Azərbaycan millisi məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə məğlub olub. 

Sportline.az xəbər verir ki, IX qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. 

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 5:1.

Qeyd edək ki, U-17 ilk matçında Fransaya səkkiz cavabsız qolla uduzub.