Avropa çempionatı: Azərbaycan Hollandiyaya rəqib oldu
Bu gün qadın voleybolçuların Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. SportLine.az xəbər verir ki, İstanbulda təşkil olunan tədbirdə Azərbaycan millisi də rəqiblərini tanıyıb. "C" qrupunda qərarlaşan komandamız Macarıstan, Hollandiya, Rumıniya, Estoniya və Xorvatiya seçmələrinə rəqib olub:
A qrupu
Türkiyə
Serbiya
Bolqarıstan
Fransa
Finlandiya
Yunanıstan
B qrupu
Polşa
İtaliya
Belçika
Ukrayna
Portuqaliya
Sloveniya
C qrupu
Macarıstan
Hollandiya
Xorvatiya
Azərbaycan
Rumıniya
Estoniya
D qrupu
Slovakiya
Rusiya
Almaniya
Belarus
İspaniya
İsveçrə
Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarış yeni formatla baş tutacaq. Qrup mərhələsində ilk 4 yeri tutanlar 1/8 finala yüksələcək.
Bu gün qadın voleybolçuların Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək. SportLine.az xəbər verir ki, İstanbulda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qitə birinciliyində iştirak edəcək 24 komanda 5 səbətə bölünüb. Azərbaycan seçməsi 3-cü səbətdə yer alıb.
1-ci səbət: Serbiya, Rusiya, İtaliya, Hollandiya
2-ci səbət: Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya
3-ci səbət: Belarus, Ukrayna, Azərbaycan, Fransa
4-cü səbət: Rumıniya, İspaniya, Finlandiya, Portuqaliya
5-ci səbət: İsveçrə, Sloveniya, Yunanıstan, Estoniya
Qeyd edək ki, Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Ankara, Lodz, Budapeşt və Bratislavada keçiriləcək. Final və 3-cü yer uğrunda oyun Türkiyənin paytaxtında gerçəkləşəcək. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.