Azərbaycan millisinin daha bir futbolçusu Portuqaliya ilə oyunu buraxacaq
2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin daha bir futbolçusu sıradan çıxıb.
Sportline.az xəbər verir ki, Rüstəm Əhmədzadə sentyabrın 4-də Dublin şəhərində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnib.
Ukraynanın "Minay" klubundan komandaya cəlb edilən 21 yaşlı hücumçunun sabah keçiriləcək qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya qarşılaşması saat 20:00-da başlayacaq. Millinin düşərgəsini daha əvvəl Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı vərəqə limiti ilə əlaqədar tərk edib.