“Azərbaycan millisinin nəyə qadir olduğunu ilk oyunda görəcəyik”

“Turnirdə iştirak edəcək hər kəsə uğurlar arzulayıram. Avropa çempionatı bizim üçün yaxşı təcrübə olacaq. Çalışacağıq ki, uğurlu nəticə qazanaq”. SportLine.az Futbolxeber.az saytına istinadən xəbər verir ki, bu sözləri Belçikanın U-17 millisinin kapitanı Zinyo Vanhözden deyib.

“A” qrupunda Azərbaycan, Şotlandiya və Portuqaliya ilə mübarizə aparacaq Belçika yığmasının aparıcı üzvü portuqaliyalıların favorit olması fikri ilə razılaşmayıb: “Portuqaliyanın bu qrupun aşkar favoriti olduğunu düşünmürəm. Bəli, onların çox yaxşı komandaları var. Amma biz də zəif deyilik”.

Vanhözden Azərbaycan yığması haqda da danışıb: “Çempionatdakı hər bir komanda güclüdür. Amma Azərbaycan yığması haqda geniş məlumata sahib deyiləm. Komandanızın nəyə qadir olduğunu ilk oyunda görəcəyik”.