Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq sərbəst güləşçisi Əli İsayev tezliklə Mütləq Döyüş Çempionatı (UFC) ilə müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist İqor Lazorin bildirib.

Onun sözlərinə görə, 39 yaşlı idmançı ilə UFC arasında razılıq əldə edilib.

Qeyd edək ki, Əli İsayev 2019-cu ildə ağır çəkidə ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan PFL Qran Prisinin qalibi olub. MMA döyüşçüsü həmin vaxtan yarışa çıxmayıb. İsayev 2009-cu ildə Azərbaycan yığmasının heyətində 120 kq məki dərəcəsində Avropa çempionu olub.