Azərbaycan Moldovaya qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyuna çıxıb.

Sportline.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova seçməsidir.

Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşü ukraynalı FIFA referisi Denis Şurman idarə edir.

Yoldaşlıq oyunu

16 noyabr

21:00. Moldova - Azərbaycan 1-2

Qol: N.Motspan, 90+2 - E.Mahmudov, 28. A.İsayev, 42.

Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik (hamısı Ukrayna), Roman Jitari (Moldova) 

Kişineu, "Zimbru" stadionu

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.