Azərbaycan - Norveç matçına biletlər neçəyədir?
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu üçün bilet satışı davam edir. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionunun və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
Biletlərin qiyməti:
1-ci kateqoriya – 2 AZN
2-ci kateqoriya – 1 AZN
VİP – 10 AZN