Azərbaycan - Polşa görüşünün hakimləri açıqlandı

Oktyabrın 7-də dünya çempionatının əsas mərhələsinin 6-cı qrupunda Polşa seçməsi ilə qarşılaşacaq Azərbaycan futzal millisinin oyununa təyinatlar açıqlanıb.

Sportline.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək görüşü Qazaxıstandan olan referilər idarə edəcəklər.

DÇ-2024-ün əsas mərhələsi
VI qrup

Azərbaycan - Polşa
Hakimlər: 
Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan)
Timekeeper: Rza Məmmədov (Azərbaycan)