Azərbaycan Premyer Liqasında sonuncu turun proqramı

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün sonuncu - XXXVI turunun oyun cədvəli açıqlanıb.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmalar 25 və 26 mayda olacaq.

Azərbaycan Premyer Liqası

XXXVI tur

25 may (şənbə)

19:00. “Zirə” – “Səbail”

Zirə İdman Kompleksinin stadionu

19:00. “Neftçi” – “Sabah”
“Neftçi Arena”

19:00. “Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

26 may (bazar)

17:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu

19:30. “Araz-Naxçıvan” – “Qarabağ”
“Azersun Arena”

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu ilə bağlı “Liv Bona Dea Arena”da aparılan işlər və Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün mükafatlandırma mərasimi ilə bağlı 36-cı turun “Araz Naxçıvan” - “Qarabağ” oyunu “Azərsun Arena”da keçiriləcək.