Hemilton Azərbaycan Qran-prisinin qalibi oldu

"Formula 1" üzrə Azərbaycan Qran-prisində qalib müəyyənləşib. SportLine.az xəbər verir ki, "Mercedes" komandasının pilotu Lüis Hemilton finişə birinci çatıb. O, 1 saat 43 dəqiqə 44 saniyə nəticə göstərib.

Qeyd edək ki, Kimi Raykonen ("Ferrari") 2-ci, Serxio Perez ("Fors İndia") 3-cü olub.


Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində qalib müəyyənləşəcək.

SportLine.az xəbər verir ki, saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:00 - 15:25-da Açılış mərasimi olacaq. Azərbaycan Respublikasının Dövlət Himni 15:56-da səsləndiriləcək. Saat 16:10-da isə "Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran Prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək. Yarışın start düzülüşü aşağıdakı kimi olacaq:

1. Sebastyan Fettel (Ferrari)

2. Lüis Hemilton (Mercedes)

3. Valtteri Bottas (Mercedes)

4. Daniel Rikkardo (Red Bull)

5. Maks Ferstappen (Red Bull)

6. Kimi Raykkonen (Ferrari)

7. Esteban Okon (Force İndia)

8. Serxio Peres (Force İndia)

9. Karlos Sayns (Renault)

10. Lens Stroll (Williams)

11. Sergey Sirotkin (Williams)

12. Fernando Alonso (McLaren)

13. Şarl Lekler (Sauber)

14. Niko Hülkenberq (Renault)

15. Kevin Maqnussen (Haas)

16. Stoffel Vandorn (McLaren)

17. Pyer Qasli (Toro Rosso)

18. Markus Eriksson (Sauber)

19. Brendon Hartli (Toro Rosso)

20. Romen Qrojan (Haas)

Qeyd edək ki, Azərbaycan Qran-prisi mövsümün dördüncü yarışıdır.