Azərbaycan seçməsi Makedoniyaya uduzdu

Aprelin 6-dan Bakıda təlim-məşq toplanışı keçən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünə çıxıb. SportLine.az xəbər verir ki, Təbriz Həsənov komandası Makedoniya ilə üz-üzə gəlib.

“Dalğa Arena”da keçirilən matçın taleyini bir qol həll edib. 75-ci dəqiqədə Boyan Kolevski Makedoniya futbolçularına qələbə qazandırıb.

Qeyd edək ki, bu komandalar aprelin 13-də növbəti dəfə üz-üzə gələcək. Görüş saat 17:00-da start götürəcək.

Banner