Azərbaycan-Xorvatiya görüşünün hakimləri açıqlandı

DÇ-2020-nin elit-raund mərhələsində mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin ilk iki oyunu üçün hakim təyinatları açıqlanıb. 

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da yerli komanda və Rusiyaya qarşı oyunları İtaliyadan olan hakimlər idarə edəcək:

29 yanvar

23:00. Xorvatiya – Azərbaycan

Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer

30 yanvar

20:00. Azərbaycan – Rusiya

Hakimlər: Alessandro Malfer, Angelo Galante, Chiara Perona