Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, matçlardan ikisi Bakıda, biri Sumqayıtda gerçəkləşib.
Sumqayıt Olimpiya Kompleksində baş tutan oyunda "Xilasedici" "Gənclər" kollektivinə 3:0 hesabı ilə qalib gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan qarşılaşmalarda isə “Murov Az Terminal” MOİK-i, "Azərreyl" isə "Neftçi"ni 3:0 hesabı ilə üstələyib.