Azərbaycan - Yunanıstan görüşünün hakimi bilindi

Futzal üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinin son oyununda Yunanıstan seçməsi ilə üz-üzə gələcək.

Sportline.az xəbər verir ki, aprelin 14-də Bakı İdman Sarayında keçirəcək görüşü Ukraynadan olan hakimlər idarə edəcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevhen Hordienko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan).
Timekeeper: Hikmət Qafarlı (Azərbaycan).
Hakim-inspektor: Andreas Demetriu (Kipr).