Berdıyevin "Turan Tovuz"dakı qazancı

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev Rusiyadan yeni təklif alıb.

Sportline.az Sportinfo.az-a istinadla xəbər verir ki, bu barədə klubdan məlumat daxil olub.

Bildirilib ki, türkmən kökənli mütəxəssisə «Spartak»dan dəvət gəlib.

Moskva təmsilçisi 2 illik təkliflə 73 yaşlı çalışdırıcının qapısını döyüb. «Rubin»in sabiq sükançısı aldığı çağırışla bağlı «Turan» rəsmilərini bilgiləndirib.

Berdiyev 2024-cü ilin iyunundan bəri ölkəmizdə fəaliyyət göstərir. O, həmin vaxt «Turan»la 3 illik müqavilə imzalayıb.

Vaxtilə «Rostov» və «Soçi»də də işləmiş məşqçi Azərbaycanda ən çox pul qazanan əcəbilərdən biri sayılır.

Onun illik maaşının 800 min dollar olması haqda mediada dəfələrlə müxtəlif xəbərlər paylaşılıb.