Avropa çempionatına yollanacaq heyət müəyyənləşdi
Martın 20-də Türkiyənin paytaxtı Ankarada start götürəcək muay-tay üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.
Federasiyadan Sportline.az saytına verilən məlumata görə, yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunacaq yarışda ölkəni biri qız olmaqla, 21 idmançı təmsil edəcək.
Onlar qitə çempionatına gənclərdən ibarət yığmanın baş məşqçisi Fəxri Əliyev, məşqçilər Mürsəl Yekbəşov və Qadir Talıbovun rəhbərliyi altında yollanacaqlar.
Avropa çempionatında Azərbaycanın beynəlxalq dərəcəli 3 hakimi iş başında olacaq. Bunlar Fərid Qarayev, Həmidə Xəlilova və Vüqar Əsədovdur
Qeyd edək ki, martın 29-dək davam edəcək yarış bu il Polşada keçiriləcək III Avropa Oyunlarına lisenziya xarakteri daşıyır.