Azərbaycanın U-21 seçməsi bu gün Moldova ilə üz-üzə gələcək

Türkiyədə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoldaşlıq görüşündə Moldova ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, U-21 baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununa çıxacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, martın 26-dək qardaş ölkədə hazırlıqlarını davam etdirəcək milli komanda 3 gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gələcək.