"Azərbaycanla oyunun nəticəsini ədalətli saymıram"

“Rəqibin Yunanıstanla oyununa baxmışdım. Bilirdim ki, Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir. Heyətlərində fərdi planda seçilən futzalçılar var".
 
Sportline.az xəbər verir ki, bu sözləri futzal üzrə Moldova millisinin baş məşqçisi Vladimir Busatıy Avropa çempionatının seçmə qrup mərhələsində yığmamızda uduzduqları oyundan (1:5) sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, nəticə fərqli ola bilərdi: "Nəticəni ədalətli saymıram. Çünki bizim də qol vurmaq üçün şanslarımız oldu, sadəcə, həmin epizodları reallaşdıra bilmədik. Futzalda gərək hər şansdan maksimum istifadə edəsən. Yoxsa, özün cəzalandırılacaqsan”.