"Turan Tovuz"un futbolçusu Latviya klubunda

Ramin Nəsirlinin ardınca daha bir futbolçumuz Latviyanın “Dauqavpils” klubu ilə anlaşıb.

Sportline.az xəbər verir ki, söhbət “Turan Tovuz”un yarımmüdafiəçisi Nazim Həsənzadədən gedir.

20 yaşlı mərkəz yarımmüdafiəçisi mayın 31-nədək icarə əsasında bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, futbolçularımız bu gün “Dauqavpils”in heyətində debüt matçına çıxacaqlar.

Banner