Azərbaycanlı hakim-inspektor Almaniya millisinin oyununa təyinat alıb

Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.

Azərbaycan Futzal Federasiyasından Sportline.az saytına verilən məlumata görə, o, Almaniya və Latviya yığmaları arasında keçiriləcək DÇ-2024-ün Avropa zonası üzrə seçmə matçında iş başında olacaq.

E. Səmədli Rumıniyadan olan hakimlər briqadasının işini qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşma martın 3-də gerçəkləşəcək.

Banner