Azərbaycanlı hakim-inspektor seçmə mərhələ oyunlarına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli iki oyuna təyinat alıb.

Sportline.az xəbər verir ki, o, futzal üzrə AVRO-2022-nin ilkin seçmə mərhələsində keçiriləcək Belarus – İsrail və Sloveniya – Latviya matçlarının hakim-inspektoru olacaq.

Qarşılaşmalar müvafiq olaraq aprelin 6-da və 12-də təşkil olunacaq.