Azərbaycanlı hakim UEFA yarışına təyinat aldı
FIFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
“Levski” (Bolqarıstan), “Knooppunt” (Hollandiya), TMT (Şotlandiya) və “Sjarmtrollan Idrettslag” (Norveç) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 22-dən 28-dək keçiriləcək. Matçlar Norveçin Tromse şəhərində baş tutacaq.