Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"
"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu".
Sportline.az xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib.
Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığını bildirib: "Buraya gəlmək, burada çıxış etmək də çətin idi. Sevincimin həddi-hüdudu yoxdur. Bu işdə əməyi keçən şəxslərə təşəkkür edirəm".