"Azəryol" çətin sınaq qarşısında

Bu gün qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsinə start veriləcək. SportLine.az xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz "Azəryol" ilk görüşünü səfərdə keçirəcək. Komandamız Rusiyada Krasnodar "Dinamo"sunun qonağı olacaq. 

Cari mövsümdə qələbələri sıralayan "Dinamo" ilə görüşün çətin keçəcəyi gözlənilir.

08 mart 2016
CEV Kuboku, 1/2 final

18:00. “Dinamo” (Krasnodar, Rusiya) – “Azəryol” (Azərbaycan)
Hakimlər: 
Silvian Lunqu (Rumıniya), Lyubomir Qlobaçik (Sloveniya)