“Azəryol” – “Dinamo” oyununun vaxtı dəqiqləşdi

Qadın voleybolçular arasında CEV Kubokunda mübarizəni davam etdirən "Azəryol"un “Dinamo” ilə ev oyununun vaxtı dəqiqləşib. SportLine.az xəbər verir ki, komandalar arasında cavab qarşılaşması 12 mart tarixində Bakıda keçiriləcək. "Azərreyl" İdman Bazasında baş tutacaq görüş saat 18:00-da start götürəcək. 

Komandaların Krasnodardakı ilk oyunun saatı isə hələ dəqiqləşməyib. 

Qeyd edək ki, bu komandalar arasında birinci oyun martın 8-nə planlaşdırılıb.