Bakı-2016: Əsas komandalarımızdan ardıcıl üçüncü qələbə

42-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçı komandalar III turun görüşlərini keçirəcəklər.

İlk iki turdan qalib ayrılan Azərbaycanın kişilərdən ibarət əsas komandası bu dəfə Macarıstanla üz-üzə gələcək. Qadınlardan ibarət I komandamız isə Polşa ilə münasibətləri aydınlaşdıracaq:


04 sentyabr 2016
Şahmat Olimpiadası, III tur

KİŞİLƏR

Azərbaycan-1 (2706) – Macarıstan (2655) - 3:1

Şəhriyar Məmmədyarov – Riçard Repport - 1:0

Teymur Rəcəbov – Zoltan Almasi - 0:1

Rauf Məmmədov – Czaba Baloq - 1:0

Arkadi Naydiç – Benjamin Qledura - 1:0

Azərbaycan-2 (2576) – Hindistan (2651) - 1:3

Vasif Durarbəyli – P. Harikirişna - 0,5:0,5

Nicat Abasov – B. Adhiban - 0:1

Ülvi Bacarani – Qucarti Santoş Vidit - 0:1

Qədir Hüseynov- S.P. Seturaman - 0,5:0,5

Azərbaycan-3 (2350) – Livan (2176) - 4:0

Vüqar Əsədli – Fadi Eyd - 1:0

Nail Bəşirli – Amro El Caviç - 1:0

Abdulla Qədimbəyli – Elie Asmar - 1:0

Pərviz Qasımov – Mahmud Abdulaziz - 1:0

İki turdan sonra turnir cədvəli: 1.Rusiya, 2. Azərbaycan-1, 3.Polşa – 4 xal,... 20.Azərbaycan-2 - 4 xal,... 74.Azərbaycan-3 – 2 xal.

QADINLAR

Polşa (2360) – Azərbaycan-1 (2320) - 1,5:2,5

Monika Soçko – Zeynəb Məmmədyarova - 0:1

Yolanta Zavacka – Günay Məmmədzadə - 0:1

Horovska Şçepkovsla – Gülnar Məmmədova - 0,5:0,5

Klaudia Kulon – Aydan Höccətova - 1:0

Azərbaycan-2 (2248) – Almaniya (2371) - 2:2

Türkan Məmmədyarova – Elizabet Paetz - 0,5:0,5

Xəyalə Abdulla – Marta Miçna - 0:1

Nərmin Xələfova – Melanie Lubbe - 1:0

Ülviyyə Fətəliyeva – Cudit Fuş - 0,5:0,5

Qırğızıstan (1858) – Azərbaycan-3 - 0:4

Aleksandra Samaqanova – Nərmin Məmmədova - 0:1

Diana Omurbekova – Xanım Balacayeva - 0:1

Ayşən Alimbəy qızı – Gövhər Beydullayeva - 0:1

Bəyimay Zahirbəy qızı – Ayan Allahverdiyeva - 0:1

İki turdan sonra turnir cədvəli: 1.Çin, 2.Rusiya, 3.Litva- 4 xal,... 19.Azərbaycan-1 - 4 xal,... 28. Azərbaycan 2 - 4 xal,... 41. Azərbaycan -3 - 2 xal...