Bakıda daha bir dünya çempionatı keçiriləcək

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Sportline.az xəbər verir ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək.

Avqustun 27-də paytaxtımızda U17 dünya çempionatı baş tutacaq.

Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək.

Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U17 dünya çempionatına da ev sahibliyi edəcək.

Beləliklə, yay mövsümündə paytaxtımız dünya güləşinin mərkəzlərindən birinə çevriləcək.