Bakıdakı Avropa çempionatının rəsmi himni

Mayın 5-dən 21-dək Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının rəsmi himni hazırlanıb. 

SportLine.az AFFA-ya istinadən xəbər verir ki, musiqisi İsmayıl Əsədov və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himni respublikanın əməkdar artisti Röya Ayxan və populyar ifaçı Miri Yusif səsləndiriblər.