Balotelli milliyə qayıtmaq istəyir

Vaxtilə İtaliya millisində 14 qol vuran forvard Mario Balotelli keçmiş günlərini xatırlayıb.

Sportline.az "ITASportPress"ə istinadla xəbər verir ki, o, milliyə qayıtmaq arzusunda olduğunu bildirib.

“Şimali Makedoniya ilə oyundan sonra milli komandaya qayıtmayacağımı dedim, ancaq bu, bir anlıq qərar idi. Amma heç vaxt millinin qapısını özümə bağlamayacağam. Millinin daimi iştirakçısı olmağımı istəmirəm, amma bəzən mənə zəng edə bilərsiniz”, - deyə Balotelli açıqlamasında bildirib.

Hazırda "Adana Demirspor"da forma geyinən təcrübəli futbolçu millidəki debütünü 13 il əvvəl edib.