Balotellinin qardaşı da Türkiyə klubunda

Türkiyə Superliqasında çıxış edən "Adana Demirspor"un şərəfini qoruyan Mario Balotellinin qardaşı da karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, ulduz futbolçunun qardaşı Enok Barvuah "Menemenspor"da çıxış edəcək.

28 yaşlı hücumçu Türkiyə klubunda 1 il icarə əsasında çıxış edəcək.