Barış Alper Yılmaz "Qalatasaray"ın təklifini rədd edib
"Qalatasaray" futbolçusu Barış Alper Yılmaza illik 4.5 milyon avro maaş təklif edib.
Sportline.az xəbər verir ki, futbolçu bu təklifi rədd edib.
Bu haqda "Sabah" qəzeti məlumat yayıb.
Bildirilir ki, Barış "Qalatasaray"dan illik 7.5 milyon avro maaş tələb edir.
Qeyd edək ki, oyunçunu "Neom" klubu transfer etmək istəyir.