"Barselona" - "Atletiko Madrid: Düşərgələrdəki son durum
Bu gün İspaniya La Liqasında 18-ci turun mərkəzi matçında "Barselona" ilə "Atletiko Madrid" qarşılaşacaq.
Sportline.az xəbər verir ki, "Barselona" bu matça ciddi itkilərlə çıxacaq. Klubun əas ulduzu Lamin Yamal zədə səbəbindən iştirak edə bilməyəcək. Yamalla yanaşı, qapıçı Mark Andre Ter Ştegen, Andres Kristensen, Hektor Fort və Mark Bernal baş məşqçi Hansi Flikin sərəncamında olmayacaq.
"Atletiko Madrid" isə matça optimal heyətlə çıxacağı gözlənilir.
Oyunun ədalət təmsilçisi Rikardo De Burqos Benqoeççeya olacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.