"Barselona" bu futbolçuya görə 70 milyon avro ödəməyə hazırdır

"Barselona" "Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz üçün mövsümün sonunda rəsmi təklif göndərəcək.

Sportline.az "Antene2"yə istinadən xəbər verir ki, Kataloniya klubu L.Diaz üçün "Liverpul"a 70 milyon avro təklif edəcək.

28 yaşlı vingerin "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Diaz "Barselona"ya keçmək fikrinə müsbət baxır.