“Barselona” bu gün “Ayntraxt”la üz-üzə gələcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turuna start verilir.
Sportline.az xəbər verir ki, “Barselona” “Spotify Kamp Nou”da “Ayntraxt”la üz-üzə gələcək.
Hans Flikin rəhbərlik etdiyi komandada itkilərin sayı kifayət qədərdir. Mark Andre Ter-Ştegen, Ronald Arauxo, Dani Olmo və Qavi zədəlidir.
Almaniya təmsilçisində isə Yonatan Burkard və Mişi Batşuayi iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, “Barselona” – “Ayntraxt” matçı bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.
Oyunda söz sahibi italiyalı Davide Massa olacaq.