"Barselona" De Yonqla bağlı qərar verib
"Barselona" niderlandlı futbolçusu Frenki De Yonqu satmaq qərarına gəlib.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu De Yonqu 50 milyon avro qarşılığında satmağa hazırdır.
De Yonqun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 15 matçda 1 qol və 1 asistlə yadda qalıb.