"Barselona" De Yonqu satışa çıxarıb
"Barselona" niderlandlı futbolçusu Frenki De Yonqu satışa çıxarıb.
Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi De Yonqu 50 milyon avro qarşılığında satmağa hazırdır.
De Yonq 2019-cu ildə "Ayaks"dan "Barselona"ya 86 milyon avro qarşılığında transfer olmuşdu.
Qeyd edək ki, 27 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi 2026-cı ilə qədər qədər nəzərdə tutulub.