“Barselona” futbolçusuna yeni müqavilə təklif edib

“Barselona” niderlanlı futbolçusu Frenki De Yonqla yola davam etmək qərarına gəlib.

Sportline.az “As” qəzetinə istinadən xəbər verir ki, Katolniya klubu De Yonqa 3 illik yeni müqavilə təklif edib.

De Yonqun hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi cari mövsüm çıxış etdiyi 13 matçda 1 qol və 1 asistlə yadda qalıb.