"Barselona" ingiltərəli futbolçu üçün hərəkətə keçib

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az "TransferDot.com" saytına istinadən xəbər verir ki, "Barselona" Reşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb. 

İngiltərə klubunun rəhbərliyi M.Reşford üçün "Barselona"dan 60 milyon avro tələb edir.

Qeyd edək ki, təcrübəli futbolçunun "Mançester Yunayted"lə müqavilə müddəti 2027-ci ilin iyun ayına qədərdir.

Reşford bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.