"Barselona" "İnter"in futbolçusunu istəyir

"Barselona" "İnter"in futbolçusu Marselo Brozoviçi heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu barədə İspaniya ətbuatı məlumat yayıb. "Barselona" 30 yaşlı yarımmüdafiəçinin əvəzində Frank Kessyeni təklif edib. 

26 yaşlı Kessye 2021-ci ilin yayında azad agent kimi "Barselona"ya keçib. O, komandanın heyətində keçirdiyi 16 matçda  661 dəqiqə meydanda olub, 1 qol vurub. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilə qədərdir.

30 yaşlı Brozoviç 2015-ci ilin yanvarında "İnter"ə transfer olunub. Bu mövsüm xorvatiyalı yarımmüdafiəçi 12 matçda 2 qol vurub. Brozoviç hazırda zədədən bərpa prosesi keçir.