“Barselona” “İnter”in futbolçusunu istəyir
“Barselona” növbəti transfer pəncərələri üçün planlama aparır və klubun əsas prioritetlərindən biri dünya səviyyəli mərkəz hücumçusu almaqdır.
Sportline.az xəbər verir ki, “İnter”in hücumçusu Lautaro Martinez blauqrana komandasının siyahısına daxil olan futbolçulardan biridir.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, Lautaro cari mövsüm meydana çıxdığı 22 matçda 13 qol, 2 asistlə yadda qalıb.