"Barselona" ispaniyalı futbolçusunu satışa çıxarıb

"Barselona"ın ispaniyalı futbolçusu Erik Qarsiya yanvar ayında klubdan ayrılacaq.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Qarsiyanı 25 milyon avro qarşılığında satmağa hazırdır.

Erik Qarsiyanın "Barselona" ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, 23 yaşlı futbolçu ilə "Çelsi" və "Nyukasl Yunayted" yaxından maraqlanır.