"Barselona" italiyalı forvardı istəyir

"Barselona" "Fiorentina"nın forvardı Moyze Kini transfer etməyi düşünür.

Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, 25 yaşlı oyunçu Kataloniya klubuna transfer olmağa həvəslidir.

İtaliya millisinin üzvünün meneceri bu həftə "Barselona"nın rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, M.Kinin transfer qiyməti 50 milyon avrodur.