"Barselona" Levandovski ilə bağlı qərar verdi

"Barselona" Robert Levandovski ilə yola davam edəcək.

Sportline.az xəbər verir ki, Kataloniya klubu polşalı forvardın oyunundan razıdır.

Bu səbəbdən növbəti mövsümdə də əsashücumçu kimi ona güvənəcək.

"Sport.es"in yaydığı məlumata görə, rəhbərlik bu qərarını futbolçuya bəyan edib.

Onun klubla 2026-cı ilədək müqaviləsi var.