"Barselona" "Mançester Yunayted"in təklifini rədd edib
"Mançester Yunayted" "Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonqu üçün 55 milyon avro təklif edib.
Sportline.az xəbər verir ki, Kataloniya klubu bu təklifi qəbul etməyib. Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
De Yonqun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi bu mövsüm çıxış etdiyi 29 matçda 2 qol və 1 asistlə yadda qalıb.