“Barselona” qələbə qazandı

İspaniya Çempionatının 9-cu turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, lider “Barselona” səfərdə “Aleves”i 3:0 hesabı ilə məğlub edib.

Matçda qolların hər 3-də Robert Levandovski vurub.

Polşalı qolyador bu mövsüm liqada 9 matçda 10 qol 2 asistlə yadda qalıb.

Qeyd edək ki, “Barselona” 24 xalla liderliyi davam etdirir. “Alaves” isə 10 xalla 12-ci pillədə qərarlaşır.