“Barselona” səfərdə “Nyukasl Yunayted”i məğlub etməyi bacardı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna yekun vurulub.

Sportline.az xəbər verir ki, "Barselona" "Sen Ceyms Park"da "Nyukasl Yunayted"lə münasibətlərini aydınlaşdırıb.

Matç Kataloniya klubunun qələbəsi ilə başa çatıb.

"Nyukasl Yunayted" 1-2 "Barselona"

Qollar: Markus Reşford, 58, 67, Entoni Qordon, 90

Qeyd edək ki, "Barselona" 3 xalla 12-ci pillədə yer alır.