“Barselona” ulduzu ilə vidalaşa bilər

"Barselona"nın polşalı forvardı Robert Levandovski klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubları Levandovski ilə yaxından maraqlanır.

"Barselona"nın rəhbərliyi yaxşı təklif gələcəyi halda, futbolçunu satacaq.

Qeyd edək ki, 36 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.